26 oktyabr 2022 00:52
428

40 oyunluq məğlubiyyətsizlik seriyasına son

Avstriya "Zaltsburq"unun öz meydanında 40 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.

“İki sahil” UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu, komandanın evdə İngiltərənin "Çelsi" klubuna uduzduğu Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından sonra baş verib.

Səfərdə 2:1 hesablı qələbə qazanan London təmsilçisi rəqibin uğurlu seriyasına son qoyub.

Qeyd edək ki, "Çelsi" bu nəticə ilə xallarını 10-a çatdıraraq, 1/8 finala vəsiqəni təmin edib.