25 oktyabr 2022 17:02
537

Komandası bu mövsüm ilk dəfə uduzdu, istefa verdi

Moldova "Şerif"inin baş məşqçisi Stepan Tomas istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssis ölkə çempioatında 12-ci turun mərkəzi oyununda  "Petrokub"a 0:1 hesabı ilə məğlubiyyətdən sonra bu qərarı verib. Bu komandanın Moldova Liqasında bu mövsüm ilk məğlubiyyəti olub.

Tomas matçdan sonra deyib: "Görünən odur ki, futbolçular  Avropa Liqasında Mançesterdə keçiriləcək "Mançester Yunayted"lə matçı düşünürdülər. Oyuna köklənmək yox idi. Bu, mənim səhvim idi".

Qeyd edək ki, "Şerif" ölkə çempionatında 27 xalla 1-cidir. "Petrokub" 21 xalla 2-cidir. Komanda Avroliqanın qrupunda isə 3 xalla 3-cü pillədə qərarlaşıb.