25 oktyabr 2022 14:33
480

Premyer Liqada yeni rekorda imza atdı

"Lester"in futbolçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. 

“İki sahil” xəbər verir ki, 35 yaşlı hücumçu buna 12-ci turda "Vulverhempton"la matçda (4:0) fərqlənməklə nail olub. O, nəticədə 30 yaşından sonra yerli çempionatda 100-cü qolunu vurub. Bu isə rekord hesab olunur. Vardi belə nəticəyə imza atan ilk futbolçudur.

2-ci yerdə "Arsenal", "Kristal Pelas", "Nottinqem Forest", "Vest Hem", "Bernli" kimi komandalarda oynamış sabiq futbolçu lan Uraytdır - 93 qol. "Nyukasl"ın əfsanəvi oyunçusu Alan Şerer 84 qolla 3-cüdür.