25 oktyabr 2022 12:04
671

Zidan: Tezliklə qayıdacağam

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan tezliklə məşqçiliyə qayıdacağını açıqlayıb.

"İki sahil"ə "RMC Sport"a istinadən xəbər verir ki, fransalı mütəxəssis deyib ki, yaxın vaxtlarda  karyerasını bərpa edəcək: "Futbol üçün darıxmıram, çünki gözləməyə çox vaxtımız yoxdur. Gözləyək, bir az da gözləyək. Tezliklə qayıdacağam".

Xatırladaq ki, Zidan 2021-ci ilin iyunundan ikinci dəfə "Real"dan ayrıldıqdan sonra indiyə kimi işləmir.