Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
Qubadlının qədim tarixi ilə bağlı problemlərin içərisndə "Qubadlı" toponiminin mənşəyi xüsusi maraq doğurur. Qubadlının işğalı ərəfəsində rayona çox yaxın yerdə Hacılı kəndi yaxınlığında bir qazıntı yerində Sasani şahı Qubadın (488–531) adından zərb edilmiş gümüş sikkə nümunələri (60-a qədər) tapılmışdır. Dəfinənin olduğu küpün hündürlüyü 10,5 sm. oturacağın diametri isə 6,5 sm-dir. Nümizmat M. Seyfəddinin verdiyi məlumata görə bu sikkələr 521–522 ci illərdə kəsilmişdir. Qubadlı adının mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsada yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır. Bu mülahizə ilə bağlı t.e.a. prof. İsaq Məmmədovun bildiyi kimi Qubadlı əvvəllər Azərbaycanın şimalında mövcud olan Albaniyanın tərkibində olmuşdur. Albaniya dövlətinin sərhədləri haqqında müxtəlif konsepsiyalar irəli sürülmüşdür. Strabon (I əsr) bu dövlətin müxtəlif dövrlərdə, müxtəlif siyasi hüdudlara malik olduğunu göstərmişdir. Görkəmli Albanşünas Dovn Albaniyanın İberiya sərhədlərindən Alazan, Kür və Araz hövzələrinə, Xəzər dənizi və Soana çayına qədərki ərazidə yerləşdiiyni göstəiri.
Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.25 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad etmişdir. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazar-çayın sahilində yerləşir.
Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş, 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitan olmaqla 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
İslam Bafadarov,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası