24 oktyabr 2022 15:41
474

"Barselona"nın 4000-ci qolunu o vurdu

"Barselona"nın futbolçusu Usman Dembele klubun tarixinə düşüb.

"İki sahil" Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı hücumçu La Liqanın 11-ci turunda "Atletik"i 4:0 hesabı ilə məğlub etdikləri maçda yubiley qoluna imza atıb.

12-ci dəqiqədə hesabı açan forvard "Barselona"nın çempionatdakı 4000-ci qolunu vurub.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. O, bu mövsüm La Liqada 11 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə edib.