24 oktyabr 2022 12:24
551

Maradonadan sonra ilk dəfə...

"Napoli" bu mövsüm keçirdiyi 15 matçdan 13-də qalib gəlib, 2-də isə heç-heçə edib.

“İki sahil” xəbər verir ki, Luçano Spalettinin komandası A seriyasının 11-ci turunda "Roma"dan üstün olub - 1:0. Neapol təmsilçisi son dəfə avqustun 31-i "Fiorentina" ilə heç-heçə edib - 0:0. Həmin vaxtdan sonra "Napoli" bütün yarışlarda ümumilikdə 11 qələbə qazanıb. Nəticədə komanda ardıcıl qələbələrinin sayına görə klub rekordunu təkrarlayıb.

İlk dəfə "Napoli" 1986-cı ildə - əfsanəvi futbolçu Dieqo Maradonanın heyətdəolduğu vaxt belə göstəriciyə nail olub. 

Qeyd edək ki, Maradona 1984-91-ci illərdə "Napoli"də oynayıb. O, 2020-ci ilin noyabr ayının 25-də 60 yaşında dünyasını dəyişib.

Əlavə edək ki, "Napoli" hazırda turnir cədvəlində 29 xalla liderdir.