24 oktyabr 2022 11:23
573

Şanlı tarix bizim müştərək tariximizdir

Tarixi və şanlı Zəfər yenilməz qətiyyətin, dəmir iradənin, birliyin və ordumuzun qələbə əzminin nəticəsidir. Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi.

Son 50 illik müharibələr tarixinə fikir versək görərik ki, başlanılan bir  çox hərbi əməliyyatlar münaqişələrin sonlanmasına deyil, daha da alovlanmasına gətirib çıxarıb. Amma cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, işgalçılıga son qoyulmasına səbəb oldu.Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. İşgalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti , mahiyyəti və nəticələri uzun illər təhlil ediləcək, bu qələbənin şanına dastanlar, romanlar yazılacaq.Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi , sarsılmaz qətiyyəti, eləcə də hər bir azərbaycanlının sıx birliyi sayəsində Azərbaycan xalqı zəfə qazandı.Elə bir görüş, səfər, forum, toplantı olmadı ki,Prezidentimiz Qarabag münaqişəsindən söz açmasın, diqqəti bu məsələyə yönəltməsin, bu münaqişənin həllinə ədalətlə yanaşmanı tələb etməsin.Ümummilli Liderimiz Heydər Əliyev də dəfələrlə qeyd etmişdi ki, bizim yeganə məqsədimiz haqq - ədalətin bərqərar olması, işgalçıların torpaqlardan çıxarılması və bir milyona yaxın qaçqın və məcburi köçkünün doğma yurd—yuvalarına qayıtmasıdır. Sülh yolu ilə məsələ öz həllini tapmadığından xalq özü bu məsələnin həllinə nail olmalı idi. Qırx dörd günlük Vətən müharibəsində Zəfərimiz sözün həqiqi mənasında tarixi ədalətin bərpasıdır.             

Bu danılmaz faktdır ki, Ordu nə qədər güclü, müasir və böyük gücə malik silahlarla silahlansa da, döyüş meydanında son sözü  deyən yenə də insan faktoru - döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır.

Bütün dünya hər bir azərbaycanlının həmrəyliyinə, mənfur düşmənə qarşı vuruşmaqda əzmkar, qəhrəman olmağı bacaran, eyni zamanda dəmir bir yumruq olaraq dövlət başçısının , Milli Ordunun ətrafında birləşməyə qadir bir xalq olduğuna bir daha əmin oldu.Qələbəmizdən söhbət açarkən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi ,diplomatik dəstəyini də xüsusi olaraq qeyd etmək lazımdır.Bu dost, qardaş dəstəyi də Vətən müharibəsində qələbə qazanmağımızda böyük rol oynadı və bir millət, iki dövləti bir- birinə daha da yaxınlaşdırdı , sıx birləşdirdi.

Ölkəmizin Prezidenti daim xalqımızın, dövlətimizin gələcəyi, azad edilmiş ərazilərimizdə görüləcək abadlıq işləri , qaçqın və köçkünlərin dədə - baba yurdlarına qaytarılması və s. bir çox məsələlərin öz həllini tapması üçün yorulmadan çalışir, qalib Komandan kimi tez-tez azad edilmiş torpaqlarımıza səfərlər edir, məsul şəxslərlə yanaşı, sakinlərlə, eləcə də  hərbi hissələrə baş çəkib əsgər və zabitlərlərlə görüşür, onlardan diqqət və qayğısını əsirgəmir.

Ali Baş Komandan İlham Əliyevin  oktyabr ayının 20—də Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatla xalqımızın əhval—ruhiyyəsini daha da yüksəldi. Azad edilmiş torpaqlarda böyük quruculuq işlərinin həyata keçirilməsi artıq  Böyük Qayıdışın günbəgün yaxınlaşdığının bariz göstəricisidir. Səfər zamanı Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisə kimi yadda qaldı . Qarabağda belə təməlqoyma mərasimlərinin sayının artdığını görürük.Torpaqlarımızda böyük quruculuq işləri aparılır.

Bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələ işğaldan azad olunan torpaqlarımızın çiçəkləndirilməsidir.Əminik ki, Prezitdent İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət  və  Azərbaycan xalqının birliyi , həmrəyliyi nəticəsində tezliklə qarşıya qoyulan hədəflər qət ediləcək.

          Yaşasın Müzəffər Ali Baş Komandan!

          Yaşasın Azərbaycan ordusu!

          Yaşasın Azərbaycan xalqı!  

Yeganə Məhərrəmova,
Bakı şəhəri, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin direktoru