24 oktyabr 2022 02:49
474

"Qalatasaray" "Alanyaspor"u uda bilmədi

Türkiyə Superliqasında 11-ci turun oyunları davam edir.

"İki sahil" xəbər verir ki, 3-cü matç günündə daha 3 qarşılaşma keçirilib. "Kasımpaşa" "Kayserispor"a 0:1 hesabı ilə uduzub. "Adana Demirspor" "Konyaspor"la 1:1, "Qalatasaray" "Alanyaspor"la 2:2 hesabı ilə heç-heçə edib.

Qeyd edək ki, turnir cədvəlinə 23 xalla (10 oyun) "Fənərbaxça" başçılıq edir. "Adana Demirspor" 22 xalla (11 oyun) 2-ci, "Trabzonspor" 21 xalla (11 oyun) 3-cüdür.

Türkiyə Superliqası,

11-ci tur

23 oktyabr

"Kasımpaşa" – "Kayserispor" - 0:1
Qol: Tiam, 43

"Adana Demirspor" – "Konyaspor" - 1:1
Qol: Akintola, 32 – Diuf, 22.

"Qalatasaray" – "Alanyaspor" - 2:2
Qol: Mertens, 11. İkardi, 22 – Balkoveç, 68, Koka, 90+1