23 oktyabr 2022 20:48
469

“Neftçi” “Sabah”a məğlub oldu

Bu gün Misli Premyer Liqasının XI turu çərçivəsində “Neftçi” “Sabah”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, matçın 36-cı dəqiqəsində Coy Lens Mikels hesabı açıb. 45+7-ci dəqiqədə isə Emmanuel Apeh “Sabah”ın üstünlüyünü iki topa çatdırıb – 0-2. Oyunun 52-ci dəqiqəsində Aleksey İsayev “Sabah”ın üçüncü qolunun müəllifi olub.

Matçın 71-ci dəqiqəsində Ömər Buludov buraxılan qollardan birinin əvəzini çıxıb. 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Emin Mahmudov isə fərqi minimuma endirib – 2-3.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

XI tur

23 oktyabr (bazar)

18:30. “Neftçi” 2-3 “Sabah”

Qollar: Coy Lens Mikels, 36 (0:1), Emmanuel Apeh, 45+7 (0:2), Aleksey İsayev, 52 (0:3), Ömər Buludov. 71 (1:3), Emin Mahmudov, 83-pen. (2:3)

Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 74 ("Neftçi")

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov

“Bakcell Arena” “Bakcell Arena”