Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıda biləcəklər. Prezident İlham Əliyev bu böyük strateji infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilmiş ikinci beynəlxalq aeroport – Zəngilan Beynəlxalq Hava Limanın açılışı olmuşdur. Oktyabrın 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı daha bir əlamətdar hadisəyə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanat verib. Dövlət başçısı bəyanatında bildirib ki, Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Zəngilanın azad olunmasından bir neçə gün sonra Qubadlı erməni işğalından azad edildi və Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətində irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir, Azərbaycan Bayrağı qaldırılmışdır və ondan sonra Ermənistan təslim oldu.
İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi.
Dövlət başçısı cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri ilə bir daha dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan onu bir daha cənnət parçasına çevirəcək, əvvəlki şöhrətini bərpa edəcək. İndi dünya görür ki, bu torpağın əsl sahibi kimdir.
Şəbnəm Saracova,
Heydər Əliyev adına Liseyin İnformatika müəllimi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası