27 il erməni işğalında qalmış gözəl təbiəti, zəngin yeraltı və yerüstü sərvətlərilə seçilən ərazilərimizdən biri də Zəngilandır. 1993-cü ilin 30 oktyabrdından ermənilər tərəfindən işğal edilən Zəngilan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 18 oktyabrdan başlayan hərbi əməliyyatları nəticəsində 20 oktyabrda şəhərin özü, 7 noyabra qədər müxtəlif kəndləri düşməndən təmizləndi. Azərbaycanın Zəfər tarixinə 20 oktyabr Zəngilanın işğaldan azad olunduğu gün kimi qeyd olundu.
Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə apardığı uzaqgörən siyasətin davamı olaraq işğaldan azad edilmiş ərazilərimizdə sürətli quruculuq işləri aparılır. Bunlardan biri də Zəngilanda Beynəlxalq Hava Limanının tikilməsidir. Məhz düşməndən təmizləndiyi gün – 20 oktyabrda bu Hava Limanının açılışının baş tutması təsadüfi deyildir. Açılışda Vətən müharibəsində hər zaman Azərbaycana mənəvi dəstək göstərən qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da iştirak etdi.
Zəngilan Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl şəhərində Prezidentlərin təkbətək görüşünün ardından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan birgə bəyanatla çıxış etdilər.
Cənab Prezident İlham Əliyev bir il əvvəl Füzuli Hava Limanının, bu gün isə Zəngilan Hava Limanının iki qardaş ölkənin birgə açılış etməsini xoş günlərdə bərabərliyin nümunəsi kimi qiymətləndirmişdir. Ölkə başçısı iki il əvvəl məhz bu gün Azərbaycan Ordusu tərəfindən Zəngilan şəhərinin işğaldan azad olunduğunu, məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıdığını xüsusi vurğulamışdır. 20 oktyabrı “Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gün” kimi qiymətləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə dövrünü yada salaraq Zəngilanın ardından, Qubadlının işğalçılardan təmizlənməsini, Laçın uğrunda döyüşləri, və Ordumuzun alınmaz qala sayılan Şuşanın azad olunmasını xatırlatdı. Məhz 8 noyabrda alınmaz qala sayılan Şuşa Zəfərimiz, burada Azərbaycan Bayrağının qaldırılması Ermənistanı təslim olmağa məcbur etdi.
Cənab Prezident İlham Əliyev İkinci Qarabağ savaşında qardaş Türkiyənin Azərbaycana mənəvi dəstəyini yada saldı. Müharibənin ilk günündən başlayaraq sona qədər davam edən siyasi və mənəvi dəstək bizlərə güc verməklə yanaşı, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını aldı. Bu səbəbdən də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində qazanılmış Qələbəni, şanlı tariximizi “bizim müştərək tariximiz” adlandırdı.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası