23 oktyabr 2022 14:45
468

Haalandın oyununu təsvir etməyə söz tapa bilmir

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Erlinq Haalandın oyununu təsvir etməyə söz tapa bilmir .

“İki sahil” xəbər verir ki, norveçli hücumçu dünən İngiltərə Premyer Liqasının 13-cü turunda "Brayton"la matçda (3:1) dubl edib. O, bu mövsüm klubda bütün turnirlərdə 15 oyunda 22 qol vurub.

Qvardiola 22 yaşlı oyunçu ilə bağlı deyib: "Mən katalonam, ona görə də ingilis dilim onu ​​təsvir etmək üçün kifayət qədər yaxşı deyil. Haalandın rəqəmləri inanılmazdır və onun ustalıq səviyyəsi danılmazdır. Erlinq çox iddialıdır və onun oyunu bizə qalib gəlməyə kömək etdi".