23 oktyabr 2022 14:12
10677

Şanlı tarix bizim müştərək tariximizdir

Böyük nəzəri-tarixi ənənələri olsa da,azərbaycançılıq yeni siyasi dövrün ifadəsi,yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır.Heydər Əliyevin yeni tarixi dövrdə — 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı.Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən belə deyir:“Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir.Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır.Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır.İndi Azərbaycanda sabitlikdir,güclü iqtisadiyyat vardır,demokratikləşdirmə yolunda çox işlər görülür.Buna görə də mən qəti əminəm ki,hazırda yeridilən xətt davam etdirilməlidir.İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır.Əks halda,Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər”.

44 günlük Vətən müharibəsi Azərbaycanın ərazilərini Ermənistan işğalından azad etmək üçün apardığı bu müharibə dünya hərb tarixində hələ uzun zaman öyrəniləcək,təhlil ediləcəkdir.Eyni dövrdə Azərbaycan dövlətinin diplomatik addımları və informasiya siyasəti də diqqəti cəlb edir.İlham Əliyev siyasəti əvvəllər Ermənistanın hansısa iqtisadi,tranzit potensialına inanan dövlətlərə bunun olmadığını sübut etdi. Ermənistanda hakimiyyətdə olan rejimin təkcə Azərbaycan üçün deyil,regionun bütün dövlətləri üçün təhlükə mənbəyi olduğunu göstərdi.Xüsusən Rusiya Federasiyası və İran İslam Respublikası ilə aparılan iş qeyd edilməlidir”.Müharibələrin aparılmasında başlıca amillərdən biri mobillik və çeviklikdir.Ali Baş Komandan prosesi yüksək peşəkarlıqla idarə etdi.Hərbi əməliyyatların gedişində edilən bütün zəruri müdaxilələr yalnız böyük qələbə naminə idi.İlham Əliyev təkcə Qarabağı deyil,17 il ərzində Azərbaycan dövlətinin əzəmətini və xalqın dövlətinə olan inamını geri qaytardı.İlham Əliyev əzəmətli Azərbaycanı Azərbaycana qaytardı”.Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əgər Şərqi Zəngəzur varsa,deməli,Qərbi Zəngəzur da var.Bəli,Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır.Biz oraya qayıtmalıyıq,qayıdacağıq və qayıdırıq.Heç kim bizi dayandıra bilməz...”açıqlaması ilə açıq şəkildə dünyaya Azərbaycan dövlətinin gücünü göstərdi.Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddialarından hələ də geri çəkilmirsə,bu mövzulardan manipulyasiya vasitəsi kimi istifadə edirsə,ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin səfirləri riyakar mövqe nümayiş etdirirsə,Azərbaycan tərəfi tarixi həqiqətləri deməkdən çəkinmez.

 Azərbaycan artıq regionun geosiyasi aktorlarından birinə çevrilməkdədir.Təbii ki,iqtisadi və siyasi baxımdan sıradan bir region dövləti olmaq,ya da sadəcə Cənubi Qafqazın lider dövləti olmaqla,regional proseslərin həllinə təsir göstərən geosiyasi aktora çevrilmək fərqli məsələlərdir.İndiyə qədər formalaşmış bir konfiqurasiya vardı,hər kəsin rolu bəlli idi.İndi isə Azərbaycan dövləti yürütdüyü siyasətlə,əməli fəaliyyətlə bu konfiqurasiyanı,həm də ədalətsiz konfiqurasiyanı dəyişdirir.Təbii ki,digər geosiyasi aktorlar birbaşa yolla təsirlər,dolayı yolla təzyiqlər göstərməyə,hansısa məsələlərdə manipulyasiyalar etməyə çalışacaqlar.Bu,bizim əzmimizi azaltmamalıdır.Əksinə,millət olaraq bizi daha da ruhlandırmalıdır.Çünki sıradan, formal müstəqil olan ölkələrə qarşı heç zaman belə təsirlər olmur.44 günlük müharibə nəticəsində qazanılan qələbə və bu,zəfərin tacı olan parad ilə Azərbaycan bütün dünyaya bir daha gücünü nümayiş etdirdi.Bu gün cəbhə bölgəsində heç bir aidiyyatı olmayan şəhərlərimizi hədəf almaqla mülki əhalimizin faciəvi şəkildə həyatlarını itirmələrinə,ağır xəsarətlər almalarına və evlərinin dağıdılmasına səbəb olan cinayətkar Ermənistan rəhbərliyi bunu yalnız və yalnız döyüş meydanındakı acizliklərindən edir.Bu cür cinayətkarların idarə etdiyi dövlətin vətəndaşı olmaq və onların idarəçiliyinə dözüb boyun əymək insanlıq tarixində ən böyük ləyaqətsizlik və gələcək nəsillər qarşısında ən böyük cinayətdir.Çünki istənilən dövlət başqa dövlətin mülki şəxslərinə qarşı yalnız öz vətəndaşlarına rəva və layiq bildiyi addımları ata bilər.

Bu gün  Ermənistanın cinayətkar rəhbərliyi Azərbaycan dövləti tərəfindən istənilən an, onların vəhşiliklərinə və terroruna cavab olaraq adekvat addım kimi yaşadığınız şəhərləri bombalayacağından nəinki çəkinmir,əksinə özünün məkrli niyyətlərinə nail olmaq üçün hər vəchlə Azərbaycanı buna təhrik etməkdədir.Düşmən  əmin ola bilər ki,bu insanlığa zidd  addımları ilə artıq qoca,qadın  və körpə qanına əli batmış Ermənistan rəhbərliyi heç bir məqsədinə,o cümlədən də haqq və ədalət uğrunda mübarizə aparan mərd və mətin xalqımızda qorxu və xofun yaradılmasına nail ola bilməyəcəkdir.Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur.Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi.Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra,iki hücum olub,həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu.Beləliklə o,vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub.Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil.Azərbaycan nizamlama prinsiplərinə sadiqdir.Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb.Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa,Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır.Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir.Azərbaycan tərəfindən bu iradə var.Azərbaycan öz mövqeyini bir daha təsdiq edir.Özü də bunu elə bir vaxtda təsdiq edir ki,işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib.Elə bir vaxtda ki,erməni ordusu,əslində, fiaskoya uğrayır.Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir.Lakin bununla belə Azərbaycan,qan tökülməsinin davam etməsini istəmədən,insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir.Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub.Bununla bərabər,axı baza prinsiplərində yazılıb ki,təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar,həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır.Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır.Həmçinin nəzərdə tutulurdu ki,Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq.Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini,azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara,təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir.Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu.Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.Azərbaycan ordusu üstünlüyünü birmənalı olaraq qoruyur.Azərbaycan Ordusu həm döyüş meydanında,həm də texniki təchizat baxımından üstünlüyünü göstərib.Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edilib.Ən böyük yüksəkliyi,ruh yüksəkliyini Azərbaycan Ordusu fəth edib.Bu gün Azərbaycan can bahasına,qan bahasına da olsa müasir tariximizin ən şanlı günlərini yaşayır.Xalqımız Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək dövlət başçımızın daxili və xarici siyasətini dəstəkləyir.Azərbaycan xalqı inanır ki,möhtərəm Prezidentimizin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün bərpası uğrunda Müzəffər Şanlı Ordumuz cəsarətlə mübarizə aparıb qələbə qazanacaq.Qarabağ Azərbaycandır!

"44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi.Azərbaycan tam Qələbə qazandı,işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı.44 günlük müharibə bizim şanlı tariximizdir.44 günün hər bir günü qəhrəmanlıq dastanı idi,hər bir gündə biz şəhidlər verirdik,qan tökürdük və irəliyə gedirdik.Hər gün biz irəliyə gedirdik.44 gün ərzində bir gün də olmayıb ki,biz geriyə addım ataq.Ancaq irəli gedirdik,şəhidlər verərək,qan tökərək,xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik.300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır.Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq,şücaət,fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki,işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik.Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi.Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi.Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq.Təsadüfi deyil ki,Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi,Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik".

İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım,Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi.Bildirdi ki,Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır və bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi.Bu,bizə əlavə güc verirdi,bu,bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı.Bu gün də biz bir yerdəyik,Qarabağın bərpası işində bərabər,çiyin-çiyinə çalışırıq.Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur.Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür,öz sözünü deyir.

   Tükənməyən bu uğur,sevgi və sayğının əsl səbəbkarı,təbii ki,ulu öndərin özü,onun əsasını qoyduğu vətənpərvərlik,millilik və azərbaycançılıq məfkurəsi,bu ideyaların xalqımız tərəfindən daim yaşadılması və ona sadiqliyidir.Heydər Əliyev siyasətinə,onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur.Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir !

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü