23 oktyabr 2022 11:47
461

Mourinyo: Kvaratsxeliyanı yıxmağa çalışacağam

"Roma"nın baş məşqçisi Joze Mourinyo A Seriyasının  11-ci turunda "Napoli" ilə matç öncəsi rəqib komandanın hücumçusu Xviça Kvaratsxeliyanı dayandırmaq üçün nə edəcəyi ilə bağlı sualı cavablandırıb .

"İki sahil" "Football İtalia"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Gürcüstan millisinin üzvü haqda deyib: “Kvaratsxeliyanı dayandırmaq üçün nə edəcəyəm? Heç nə... Ən yaxşı halda, Kvaratsxeliya qaçarsa, onu yıxmağa çalışacağam”.

Xatırladaq ki, bu gün keçiriləcək “Roma” – “Napoli” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.  Kvaratsxeliya İtaliya çempionatında bu mövsüm meydana çıxdığı 10 matçda 5 qol vurub və 3 qolun ötürməsini verib.