23 oktyabr 2022 10:25
458

Millimizin üzvünün komandasından heç-heçə

Polşa çempionatında 14-cü turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) səfərdə "Stal"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib. Müdafiəçi 13-cü dəqiqə sarı vərəqə alıb.

Qeyd edək ki,  ​“Visla” turnir cədvəlində 25 xalla 3-cü pillədə qərarlaşıb. Siyahıya 32 xalla "Rakov" başçılıq edir.