Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda çıxış edən ölkə başçısı İlham Əliyev bir çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi, və bir daha Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın haqlı mövqeyini dəqiq faktlarla şərh edən Prezidentimiz Ermənistanın ağ yalanlarını növbəti dəfə də ifşa etdi. İşğaldan azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlardan, ermənilərin işgəncə ilə öldürdüyü azərbaycanlı əsir və girovların acı taleyindən, Ermənistanın Azərbaycan ərazisində bir milyondan çox mina basdırmasından danışan Azərbaycan Prezidenti faşist xislətli ermənilərin, onların havadarlarının şər-böhtanlarını üzə çıxardı. Ölkə Prezidentimiz iclas iştirakçılarının nəzərinə çatdırdığı bu faktlar işğalçı erməni hökumətinin iç üzünü bir daha ortaya qoydu.
Prezident İlham Əliyev regionda yaranan vəziyyətə diqqət çəkərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk Qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədiyini qeyd etdi. Azərbaycan bu 28 illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Azərbaycan lideri bildirib ki, heç vaxt Qarabağ məsələsini MDB çərçivəsinə müzakirəyə çıxarmayıb, çünki münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olurdu. Dövlət başçısı bildirib ki, 28 il keçməsinə baxmayaraq, bu illər ərzində Minsk qrupunun nəticəsi ürəkaçan olmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, Minsk qrupu məsələnin həllinə yox, dondurulmasına köklənmişdir. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll etdi. Artıq münaqişə həll olunmuşdur. Vətən müharibəsi başa çatdıqdan sonra vəziyyət başqa cür inkişaf edir. Prezident İlham Əliyev iclasda son dövrlər Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşmalara da toxunub. Cari ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar baş verdi. Bu, Azərbaycana qarşı törədilən hərbi cinayətdir. Sentyabrda baş verən silahlı toqquşmada Azərbaycanın Ermənistan ərazisini işğal etmək niyyətinin olmadığını, Ermənistana aid şəhərin və kəndin işğal edilmədiyini, Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükənin qarşısının alınması məqsədilə cavab tədbirləri görüldüyünü və bu toqquşma zamanı atəşkəsin əldə olunmasında Rusiya tərəfinin vasitəçilik fəaliyyətinin önəmli rol oynadığını diqqətə çatdırdı. Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bir daha qəti şəkildə bəyan etdi: “Ermənistan hüquqi öhdəliklərini icra etməsə, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etməsə, Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini çıxarmasa, bu, onun üçün çox acınacaqlı nəticələrə gətirib çıxaracaq”. Ölkəmiz regionda təhlükəsizlik, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə daim çıxış edib. 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdırdıqdan dərhal sonra da məğlub Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması təklif edilib. Təssüflər olsun ki, revanşist fikirlərindən hələ də əl çəkməyən Ermənistan hökuməti sülh danışıqlarına ciddi yanaşmır. Özlərini köməyə ehtiyacı olan məzlumlar kimi təqdim edən, sülhə gedən yolda təxribatlar yaradan erməni faşistləri, onların havadarları sülh istiqamətində gedən prosesləri yubadır, hər cür təxribatlara əl atırlar.
Prezident İlham Əliyev cari ilin oktyabr ayının 6-da Praqada keçirilən dördtərəfli görüşə də toxunub. Qeyd edib ki, Azərbaycanın xoş məram göstərərək, dördtərəfli görüşün Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Azərbaycan hər zaman Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini dəstəkləyir. Azərbaycanın mövqeyi qətiyyətli və aydındır. Azərbaycanın məqsədi münasibətlərin normallaşması və sülhün əldə olunmasıdır. Daha sonra Prezident Fransanın xarici işlər nazirinin yalan bəyanatında, Azərbaycanın Parisdəki səfirliyinə edilən basqından, Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı törədilən təxribatlardan da danışıb. Bu gün Azərbaycan münasibətlərin normallaşdırılmasına xidmət edən fəaliyyət nümunəsi ortaya qoyur. Cənab Prezident Astanada da keçilirən iclasda da bir daha qeyd etdi ki, Azərbaycanın yalnız bir məqsədi var, o da regionumuzda təhlükəsizliyə və sülhə nail olmaqdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası