22 oktyabr 2022 11:52
565

Azad Qubadlının həyatında yeni mərhələ başlayır

Qubadlı rayonu Azərbaycan respublikasının cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir.

Qubadlı rayonu Azərbaycanın çox qədim tarixə malik olan, Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərguşəd çayları hövzəsində, Bakıdan 403 km məsafədə yerləşir. Mərkəzi Qubadlı şəhəri hesab olunur.

Qubadlı rayonu təbiəti çox zəngindir. Rayonda əsasən qəhvəyi dağ – meşə torpaqları yayılmışdır.Əhali Erməni silahlı qüvvələrinin 31 avqust 1993 – cü il tarixdə Qubadlını işğal etməzdən əvvəl əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdu. Qubadlı iqtisadiyyatın əsasını taxılçılıq, tütünçülük, baramaçılıq, üzümçülük və heyvandarlıq təşkil edirdi. İşğaldan əvvəl rayonda asfalt zavodu ,inkubator quşçuluq fabriki, daş karxanası, mərmər sexi və s. fəaliyyət göstərirdi. Qubadlı rayonu həmçinin Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Rayonda tikilmiş ilk dünyəvi məktəbin yaşı bir əsrdən çoxdur. Qubadlıda IV əsrə Gavur dərəsindəki ibadətgah mağara, V əsrə aid Muradxanlı kəndində Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə və s. rayonun nə qədər qədim tarixə malik olduğundan xəbər verir.

Rayonun müxtəkif kəndərində tarixi memarlıq abidələri – Qız qalası, Laləzar körpüsü, Hacı bədəl körpüsü, Qalaça, Oğlan – qız abidəsi, Koroğlu qalaçası və saysız-hesabsız tarixi memerlıq abidələri vardır.

Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal  olunduqdan sonra bir çox abidələr məhv edilmiş, rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmişdir. Rayonun otuz bir mindən çox əhalisi didərgin düşmüşdür.

II Qarabağ müharibəsi zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən 2020- ci il oktyabrın 25 – dən noyabrın 10-dək Qubadlı rayonu işğaldan azad edildi. Qubadlının işğaldan azad edilməsi üçün xüsusi peşəkarlıq tələb edilirdi. Belə ki, düşmən bir çox yüksəklərdə istehkamlar qurmuş və bu  yüksəkliklərdən müntəzəm olaraq hərbiçilərimizə atəş açırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu böyük peşəkarlıqla, qəhrəmancasına bu yüksəklikləri və rayonu işğaldan azad etdi. Qubadlı işğaldan azad olunarkən məlum oldu ki, ermənilər Xanlıqda hərbi baza qurublar. Həmçinin burada xaricdən gələn erməniləri qanunsuz məskunlaşdırmış və növbəti cinayəti törətmişdilər.Ermənistan silahlı qüvvələri böyük vəhşilik , vandallıq göstərərək Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı ekoloji terror törədib. Meşələri, nadir ağacları, bitki növlərini qırıb yandırmışılar. 44 günlük vətən müharibəsində əldə etdiymiz qələbədən sonra Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin nəzarəti altında bütün Qarabağda olduğu kimi, Qubadlı rayonunda da inkişafın, həyatın qayıtdığı bir dövr başlayıb.

Aynurə Hacıyeva,
22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, həkim-oftalmoloq