“Mançester Yunayted”in ulduz futbolçusu Kriştiano Ronaldo klubda iki həftəlik əmək haqqı məbləğində cəzalandırılacaq.
“İki sahil” “talkSPORT”a istinadla xəbər verir ki, bu, portuqaliyalının “Tottenhem”lə oyunda etdiyi hərəkətlə əlaqələndirilir.
Ronaldo matç vaxtı ehtiyat oyunçular skamyasından erkən ayrılıb.
Bundan sonra futbolçu özbaşına paltardəyişmə otağını tərk edib və “Old Trafford” stadionunun ərazisindən uzaqlaşıb.
37 yaşlı hücumçu 720 min avro cərimələnəcək.