21 oktyabr 2022 17:05
425

Riberi karyerasını bitirdi

Fransa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi bu barədə öz Tvitter hesabında bildirib.

Qeyd edək ki, son klubu "Salernitana" (İtaliya) olan  Riberi "Qalatasaray", "Bavariya",  "Marsel"də də oynayıb. Bu mövsüm "Salernitana"da cəmi 2 oyun çıcan futbolçunun klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var idi.