27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi 30 ilə yaxın erməni işğalçılarına və beynəlxalq təşkilatların onların vandalizminə səssiz qalmalarına cavab idi. Azərbaycan tərəfi münaqişənin danışıqlar yolu ilə həllini tapmayacağını görərək məsələni döyüş, güc vasitəsilə Zəfərlə sonlandırdı.
Azərbaycanın işğaldan azad olunan rayonlarından biri Qubadlıdır. Qubadlı 1993-cü ilin avqust ayının 31-də ermənilər tərəfindən işğal edilmişdir. O dövrdə ərazi vahidi 1 şəhərdən və 93 kənddən ibarət idi. I Qarabağ müharibəsində xalqın mübarizəsinə, yüzlərlə igid oğullarımızın şəhid olmalarına baxmayaraq, digər bölgələrimiz kimi Qubadlı da erməni nəzarətinə keçmişdir.
2020-ci il Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu qanı, canı bahasına torpaqlarımızı düşmən tapdağından təmizlədi. Biz 30 ilə yaxın itirdiyimiz yurd-yuvamızın düşməndən təmizlənmə xəbərini hüquqi yollarla həllini gözləsək də, bu baş tutmadı. Çünki I Qarabağ savaşında minlərlə şəhid vermişdik. Yüzlərlə vətəndaşımız itkin düşmüşdü. Bizlər yeni itkilər istəmirdik. Lakin düşmən tərəf bizlərin bu hümanist məqsədini anlamadı.
Ordumuzun hər bir uğuru, kəndlərimizin və şəhərlərimizin azad olunması xəbəri vətəndaşlarınız tərəfindən səbirsizliklə, həyəcanla gözlənilirdi. Ali Baş Komandanın azad olunuş ərazilərimizlə bağlı xalqa müraciətlərini hər dəfə sevinc göz yaşları ilə qarşılanırdı. Şanlı Ordumuz digər ərazilərimizi olduğu kimi Qubadlını da kənd-kənd azad etmişdir. 23 oktyabrda Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, 26 oktyabr Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, 28 oktyabrda Qiyaslı, Ədilcə, Qılıcan, 30 oktyabrda Kavdadıq, Məmər, Mollalı, 2 noyabr İşıqlı, Muradxanlı, Milanlı, 4 noyabr Başarat, Qarakişilər, Qaracallı, 7 noyabr Qəzyan, Balasoltanlı, Mərdanlı, 9 noyabr Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri və 25 oktyabrda Qubadlı şəhəri fədakar, igid Azərbaycan övladlarının qanı, canı bahasına düşmən tapdağından təmzləndi.
Azadlıq hər zaman fədakarların sayəsində baş tutur. Kədərlə bildirməliyk ki, Vətən müharibəsində 3 minə yaxın şəhid verdik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov doğulub böyüdüyü torpaq uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Bu gün dünyada qalib ölkə kimi məğrurluğumuzu Ali Baş Komandanın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün siyasətinə və Müzəffər Azərbaycan Ordusuna borcluyuq. Məhz onların sayəsində hər yerdə bu şüarı qürurla səsləndiririk: Qarabağ Azərbaycandır!.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası