21 oktyabr 2022 13:33
412

Renat Dadaşovun komandası yenə uduzdu

İsveçrə çempionatında 12-ci turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” öz meydanında “Servett”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.

“Qrasshopper” 12 turdan sonra 14 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.