21 oktyabr 2022 09:54
429

Stiven Cerrard istefaya göndərilib

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

“İki sahil” xəbər verir ki, “Aston Villa” Stiven Cerrardla yollarını ayırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Klub rəhbərliyi ötən ilin noyabrından bu postu tutan Cerrardla vidalaşmağa üstünlük verib. Komandanın turnir cədvəlinin 17-ci pilləsində qərarlaşması birminhemliləri qane etmir.

Qeyd edək ki, “Aston Villa” dünən səfərdə “Fulhem”ə uduzub – 0:3.