20 oktyabr 2022 21:56
534

Qurban Qurbanov: Rəqib məğlub olmaq istəmirdi

"Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi".

“İki sahil” xəbər verir ki,  bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis matçda yaxşı dinamikanın olduğunu bildirib: "Turan Tovuz" sona qədər mübarizə apardı. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".