20 oktyabr 2022 16:09
403

Valverde: Ançelottinin istefasına səbəb olmaq istəmirəm

"Real"ın futbolçusu Federiko Valverde La Liqanın 10-cu turunda "Elçe" ilə oyundan (3:0) sonra son çıxışını şərh edib.

“İki sahil” İspaniya mətbuatına istinadla xəbər verir ki, komandasının görüşdəki 1 qolunun müəllifi olan uruqvaylı hücumçu deyib:  "Ançelotti dedi ki, ən azı 10 qol vurmasam, futbolu tərk edəcək. Bu doğrudur. Öz üzərimdə daha çox çalışmaq istəyirəm. Mən Ançelottinin istefasına səbəb olmaq istəmirəm (gülür)”.

Qeyd edək ki, F.Valverde bu mövsüm bütün turnirlərdə 15 matçda 6 qol vurub və 2 qolun ötürməsini verib.