20 oktyabr 2022 13:12
383

Joan Laportaya 602 avroluq cərimə

"Barselona"nıb prezidenti Joan Laporta cərimələnib.

"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun La Liqanın 9-cu turunda "Real"la matçdan (1:3) sonra görüşün baş hakimi Sançes Martinezə yaxınlaşaraq ona etiraz etməsi olub. Laporta final fitinin ardından Martinezin yanına gedib. Hakim matç sonrası hesabatında Laportanın ona peşəsi ilə vidalaşamalı olduğunu dediyini yazıb. Həmçinin Laporta hakimin verdiyi qərarları, xüsusən də Rodriqonun penaltisini dəfələrlə müzakirə edib.

Maraqlıdır ki, İntizam Komitəsi Laportanın bu hərəkətlərinə görə onu cəmi 602 avro məbləğində cərimələyib.