28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
Ali Baş Komandanımız həmkarlarına bildirdi ki, Azərbaycan ərazisinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmayıb. Çünki,münaqişənin nizamlanması mövzusu ilə mandata sahib olduğu üçün ATƏT-in Minsk qrupu məşğul olurdu.Təəssüf ki, 28 il ərzində bu qrup nəinki münaqişəni nizamlamadı hətta onu dondurmağa çalışdı.
Bununlada erməni separatçılarını şirnikdirdi.Günahsız insanlarımızın qanına bais oldu. 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradilan bu qrup 1997-ci ildən həmsədrlər (ABŞ,Fransa ,Rusiya)münaqişənin ədalətli həllinə çalışmadılar .Halbuki qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyü,toxunulmazlığı,suverenliyinin bərpasının zəruriliyi nəzərdə tutulurdu.
Minsk qrupu yarandığı vaxtdan bir dəfədə olsun Ermənistanın işğalçılıq siyasətindən danışmadı hətta digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərədə etiraz edirdi.Bu isə işğalçı ermənilərin torpaqlarımızda bir-birinin ardınca cinayətlər törətməsinə səbəb oldu.
Əslində Minsk qrupu işğalçını öz adıyla çağırmalı və onu sülhə məcbur etməli idi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri əsasında Ermənilərin Azərbaycan torpağından çıxarılması tələb edilməli idi.
Baxmayaraq ki, Minsk qrupu ikinci Qarabağ müharibəsinə qədər dəfələrlə Azərbaycana, Ermənistana səfərlər etmiş,nəticə isə Ali Baş Komandanımızın dediyi kimi sıfıra bərabər olmuşdur. Minsk qrupunun həll edə bilmədiyi problemi 2020-ci ildə 44-günlük Vətən müharibəsində Azərbaycanın igid əsgərləri canları,qanları bahasına hərbi yolla həll etdilər.
Allah Şəhidlərimizə rəhmət etsin,qazilərimizə can sağlığı versin. Artıq Qarabağ münaqişəsi cənab Prezidentimizin yeritdiyi düzgün siyasət sayəsində həll olunub. Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. İşğalçı Ermənistana qarşı heç bir tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirdi ona olan ümidləri itirdi.Bu qrupun mandatı artıq etibarsız sayılır.
Bir Azərbaycan vətəndaşı kimi ölkəmizin lideri cənab İlham Əliyevlə fəxr edir, yürütdüyü siyasəti dəstəkləyirəm.
Sonda ürəyimdən keçən bu misraları sətirə köçürmək istəyirəm.
Bu millətin torpağı qan
Haqqın yolu deyil asan
Möhürlənsə də şərəf vicdan
Tarix yazdı Azərbaycan.
Nabat Rəfiyeva,
Bakı şəhəri, Xətai rayonu 316 saylı körpələr evi uşaq bağçasının müdiri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası