20 oktyabr 2022 12:07
531

U-17 millimizin heyətində dəyişiklik

Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"İki sahil" AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın üzvü Teymur Mirzəyev zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə “Sabah”ın digər üzvü Elgün Dünyamaliyev heyətə cəlb olunub.