20 oktyabr 2022 11:12
395

Bu gün Avroliqada oyun var

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci təxirə salınmış oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, A qrupunda "Arsenal" PSV-ni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hazırda 3 oyunda maksimum - 9 xalla lider olan London klubu bu görüşdə xal itirməyəcəyi təqdirdə, pley-off-a vəsiqəni təmin edəcək.

20 oktyabr

21:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)