20 oktyabr 2022 08:27
469

"Murov" Çağırış kubokuna qələbə ilə başlayıb

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışında mübarizəyə başlayıb.

"İki sahil" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.

Azərbaycan Voleybol Mərkəzində keçirilən qarşılaşma “Murov”un 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olub.

Cavab görüşü oktyabrın 20-də baş tutacaq.