Qarabağ münaqişəsi dünya siyasətində həlli uzun sürən məsələlərdən idi. Azərbaycana qarşı ermənilərin əsassız torpaq iddiaları, işğalçılıq, etnik və dini təmizləmə siyasətinə hüquqi yolla son qoyulması illərlə beynəlxalq təşkilatların müzakirə obyekti olmuşdur. Lakin təəssüf ki, Azərbaycan hər zaman bu münaqişənin danışıqlar, vasitəçilik yolu ilə həll edilməsi tərəfdarı olsa da, heç bir nəticə əldə olunmadı. Sonda Ali Baş Komandanın düzgün siyasəti və müzəffər ordumuzun əzmi, fədakarlığı sayəsində doğma torpaqlarımız işğaldan azad edildi.
Azərbaycan və Ermənistan arasındakı münaqişəyə vasitəçilik edən qruplardan biri də ATƏT-in Minsk qrupu olmuşdur. Təəssüf ki, torpaqlarımızda ermənilərin dini və tarixi abidələrimizin, yaşayış yerlərmizin mərhələli şəkildə məhvi illərlə sanki baş verənləri nəzarətdə saxlayan və həlli yolların axtaran bu qrupun üzvlərinin gözləri önündə baş vermişdir. Sonda Azərbaycan tərəfi məsələnin danışıqlarla deyil, hərbi gücün sayəsində həll etmək qərarı verərək ədaləti öz gücü sayəsində bərqərar etdi.
Minsk qrupunun yarıtmaz siyasəti haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlərlə bildirmişdir. Zəfər qazandıqdan sonra 12 dekabr 2020-ci ildə Ölkə başçısı onlarla görüşü zamanı bu fikirlərini ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontiniyə, ABŞ-dan olan həmsədri Endrü Şoferə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikova və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə aşıq şəkildə söyləmişdir. Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovşduğunu vurğulayan cənab Prezident İlham Əliyev 30 ilə yaxın davam edən münaqişənin həllində 28 il ərzində müvafiq mandata sahib Minsk qrupunun heç bir rol oynamadığını, problemin güc və siyasi vasitələrlə nail olunduğunu onlara bildirmişdir. “Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür”.
Cənab Prezident çıxışlarında hər zaman Ermənistan-Azərbaycan münaqişəsini regional deyil, qlobal məsələ hesab etmişdir. Ermənilərin qanunsuz davranışları “təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi”. Ölkə başçısı “bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur” fikrini bildirmişdir: “Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”. Cənab Prezident çıxışında vurğulamışdır ki, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik.
10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiyası Bəyanatı imzalamasına baxmayaraq, hələ də ermənilərin qanunsuz silahlı qruplaşmaları ərazimizi atəşə tutur, şəhidlər veririk. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdiyi kimi “əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası