Azərbaycan-Qırğızıstan münasibətlərinin əsası 1993-cü ildə qoyulub. Sonrakı illərdə ulu öndər Heydər Əliyevin 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana, Qırğızıstan prezidenti Əsgər Akayevin isə üç dəfə Azərbaycana səfərləri olub. Diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir.
Bu il, oktyabrın 11-12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına rəsmi səfəri strateji müttəfiqlik əlaqələrində yeni mərhələnin başlanması, həmçinin ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar sahələrdə əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, səfər çərçivəsində Qırğızıstan və Azərbaycan liderləri ikitərəfli danışıqlar aparıb, Birinci Dövlətlərarası Şuranın iclasında iştirak ediblər. Qırğızıstan-Azərbaycan birgə qarşılıqlı fəaliyyətin artırılmasına istiqamətlənən bir sıra sənədlər, xüsusilə Qırğızıs Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında “Azərbaycan– Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş imzalanıb. Fond Qırğızıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına kömək məqsədilə təsis edilib. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsinə stimul verəcək. Qırğızıstanla Azərbaycan arasında birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. Fondun mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək. Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması da ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək.
Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri çərçivəsində keçirilən görüşlərdə nəqliyyat-tranzit sahəsində əməkdaşlıq məsələsi xüsusi diqqətdə saxlanılıb. Nəqliyyat-tranzit sahəsində də hər iki tərəfin planlaşdırdığı çalışmalar var. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlamaq əmtəə dövriyyəsinin artmasıyla nəticələnəcək və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Beləliklə, gələcəkdə istifadəyə veriləcək Çin–Qırğızıstan– Özbəkistan dəmir yolu avtomobil və hava xətləri ilə birgə nəqliyyat infrastrukturu potensialını gücləndirəcək.
Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatında məslhətçi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası