"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne "şəhərlilər"in "Qızıl top"un təltifetmə mərasimində ilin komandası adına layiq görülməsi barədə danışıb.
“İki sahil” xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi deyib:
“Səkkiz ildir ki, buradayam. Elə bir ailəyə gəlmişəm ki, insanları xoşbəxt edən bir oyun fəlsəfəsini tətbiq edirlər. Biz düzgün futbol oynamaqvə gənclərin də bu istiqamətdə yetişməsini istəyirik.Çox şey qazandıq. Hər şey heyrətamiz idi. Bəli, Çempionlar Liqasını qazana bilmədik. Amma göstərdiyimiz oyunla fəxr edirik".
Qeyd edək ki, ÇL-in son qalibi "Real"dır.
Xatırladaq ki, Kevin 2015-ci ildən "Mançester Siti"də oynayır.