19 oktyabr 2022 13:19
426

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Azərbaycan millisinin növbəti oyununun vaxtı açıqlanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Noyabrın 16-da baş tutacaq Moldova - Azərbaycan görüşünün başlama vaxtı dəqiqləşib. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək.