19 oktyabr 2022 13:02
358

Millimizin üzvünün komandası kubokda mübarizəni dayandırdı

Millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) Polşa kubokunda 1/16 final oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda doğma meydanda "Legiya" ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub. Bununla da "Visla" kubokda mübarizəni dayandırıb.

A.Krivotsyuk sözgedən görüşdə start heyətdə meydana çıxıb və sonadək oynayıb.