19 oktyabr 2022 09:56
457

Ten Haq "Mançester Yunayted"dən razı deyil

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandadan daha çox şey gözlədiyini deyib.

“İki sahil” xəbər verir ki, hazırda 16 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci yerdə olan klubun çalışdırıcısı söyləyib:

“Düşünürəm ki, biz hələ də kifayət qədər yaxşı deyilik. Daha da səmərəli işləməliyik. Mən təkmilləşdirməli  bir çox komponent görürəm. “Mançester Yunayted”in baş məşqçisi olduğum üçün xoşbəxtəm, amma hazırkı vəziyyətimizdən razı deyiləm. Bununla belə, necə bir insan olduğumu  bilirəm. Mən həmişə daha çox istəyirəm, əldə edilənlərdən heç vaxt razı deyiləm".