19 oktyabr 2022 08:35
410

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Kişi voleybolçulardan ibarət "Murov" klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gələcək.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma saat 18:00-da başlayacaq. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olacaq. Cavab görüşü oktyabrın 20-də baş tutacaq.

Çağırış Kuboku

1/32 final mərhələsi

İlk oyun

18:00. “Kitro Varazdin” (Xorvatiya) - “Murov” (Azərbaycan)

Bakı. Dərnəgül Voleybol Mərkəzi