18 oktyabr 2022 17:54
509

"Napoli"dən Kvaratsxeliyaya yeni müqavilə

"Napoli" hücumçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalaya bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə "Calciomercatoweb" məlumat yayıb. Bildirilib ki, İtaliya klubu Gürcüstan millisinin üzvünə yaxşı oyununa görə maaşının artırılmasını təklif etmək istəyir.

Həmçinin oxuyun: De Byazi: "Azərbaycanda güclü futbolçular var, amma Kvaratsxeliya..."

Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ilin yayında "Dinamo Batumi"dən "Napoli"yə keçib. 21 yaşlı futbolçu klubu ilə 14 matçda 7 qol vurub və 8 qolun ötürməsini verib. Tərəflər arasında müqavilə 2027-ci ilin yayına qədər hesablanıb.