Qarabağ bütün dünya tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınır
Dövlət başçısı İlham Əliyev yüksək siyasi mədəniyyəti, dərin və hərtərəfli biliyi sayəsində beynəlxalq görüşlərdə, apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edib. Bütün beynəlxalq tribunalarda, ali kürsülərdə səsləndirdiyi fikirlər, irəli sürdüyü təkliflər, verdiyi tövsiyələr nəinki siyasi liderlər, ekspertlər, politoloqlar, həm də dünya ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanır.
Regional və beynəlxalq tədbirlərin əsas iştirakçıları arasında ölkəmiz xüsusi yer alır. Prezident İlham Əliyev dünyada gedən prosesləri, onların nəticələrini və tənzimlənməsi yollarını əvvəlcədən görə bilmək, qiymətləndirmək istedadına sahibdir. Dövlət başçımızın dəyərli təşəbbüsləri dünyanın siyasi elitası tərəfindən yüksək səviyyədə dəstəklənir, ölkəmizin beynəlxalq və regional problemlərin həllində rolu durmadan artır.
Prezident İlham Əliyev oktyabrın 14-də Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında qəti şəkildə bəyan edib ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Vaxtı ilə Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupu münaqişənin həlli məqsədilə yaradılmışdı, amma əlindən bir iş gəlmədi, vəzifələrini icra edə bilmədi. Fransa neytrallıq göstərmək əvəzinə, hələ müharibə zamanı tərəf nümayiş etdirərək Ermənistanın ədalətsiz mövqeyini müdafiə etməyə çalışırdı. Fransa prezidenti Emmanuel Makronun “France2” telekanalına müsahibəsində Azərbaycanla bağlı dediyi əsassız, iftira xarakterli fikirlər, təbii ki, hər birimizdə hiddət doğurur. Aydın görünür ki, bu şəxs məsələlərə separatçı ermənilərin gözü ilə baxıb təhlil edir və gəldiyi yanlış qənatləri ictimaiyyətə çatdırır. Fransa bu məntiqlə uzun illər vasitəçilik missiyasını icra edib.
Azərbaycan hər zaman sülhün tərəfdarı olub, uzun illər münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb. Bütün bunları bilə-bilə öz ərazilərini işğaldan azad edən Azərbaycana “işğalçı” demək yalnız Makron kimi qeyri-ciddi siyasətçilərin təfəkkürünün məhsulu ola bilər. Aydın görünür ki, Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə ziddir.
Emmanuel Makronun “Fransa burdadır və vasitəçi dövlətdir, biz erməniləri atmayacağıq” fikirləri də tamamilə absurddur. Amma nəticə ortadadır. Artıq Azərbaycan öz torpaqlarını Makronun rəğbət bəslədiyi təcavüzkarlardan təmizləyib. Bundan sonra da öz ərazilərimizi işğalçılardan qoruyacağıq. Bir sözlə, Makronun bu cür yanaşmalarını Ermənistanla Azərbaycan arasında münasibətlərin düzəlməsinə, sülh danışıqlarına əngəl hesab edirəm və bu kimi siyasətçilərin belə davranışlarını pozucu və dağıdıcı qiymətləndirirəm.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası