18 oktyabr 2022 17:10
495

"Qalatasaray"da yeni məşqçi

"Qalatasaray"da məşqçi heyətinə yeni mütəxəssis daxil edilib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, Morits Volts baş məşqçi Okan Burukun köməkçisi təyin olunub. Klub  O.Burukun istəyi ilə bu addımı atdığını bildirib.

Qeyd edək ki, Morits Volts 2019-2021-ci illərdə "Leyptsiq"də baş məşqçi  olmuş Yulian Naqelsmannın köməkçisi vəzifəsində çalışıb.