XX əsrin ən faciəli münaqişələrindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Bu münaqişənin nəticələri milyonlarla azərbaycanlının taleyinə təsirsiz ötüşməyib Ermənistanın Azərbaycana ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticəkənmişdir. Minlərlə azərbaycanlı doğma torpaqlarından zorla qovulub,qətlə yetirilib. Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının beşdə birini itirdi, bir milyondan çox azərbaycanlı öz yurdlarından didərgin düşdü.Beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynalxalq təşkilatlar çərcivəsində ciddi müzakirələrə səbəb oldu.1992-ci ildə bu münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq müqaviləsinin prinsipləri əsasında sülh yolu ilə həlli üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı isə 1993–cü ildə işğalcıların Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Azərbaycan BMT Təhlükəsizlik şurasının müvafiq qətnamələrinin içrasına və münaqişənin dinc yolla həll etmək üçün yaradılmış ATƏT –in Minsk qrupunun fəaliyyətinə ümid bəsləyirdi. Deməli ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar əslində münaqişəni sona çatdırmalı və tərəflər arasında süllh danışıqlarından real sülhün əldə edilməsində keçilməli idi. Ancaq tərəflərin bütün görüşləri hər zaman ermənilərin işğalçılıq niyyətlərinə görə baş tutmurdu. Belə ki, 1997-ci ildən ABŞ, Rusiya və Fransa nümayəndələrinin həmsədirlik etdiyi Minsk Qrupunun təkliflərindən ikisi Ermənistan tərəfindən qəbul edilmədi. “Ümumi Dövlət” prinsipi adı altında faktiki olaraq Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarını hecə endirən üçüncü təklif isə Azərbaycan tərəfindən rədd edildi. ATƏT –in Mİnsk qrupu həmsədirlərinin sülhə nail ola bilməmələrinə diqqət çəkən Ulu Öndər Heydər Əliyev onlarla görüşdə “müharibə təhlükəsinin artığını “söyləmişdir. Minsk qrupunun həmsədirləri isə münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə zərərə çəkən insanların daha çox müsibətlərə məruz qalacaqlarını bildirməklə əslində münaqişənin süni yolla uzatmaq istəyən Ermənistanın mənafeyini müdafiyə etmiş oldular. 2003-cü ildə isə Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz haqq işində bir addımda olasa geri çəkilməyəcək və bir qarışda olasa ərazi güzəştinə getməyəcəkdir.
2016-cı il Aprel döyüşlərindən sonra ATƏT –in Minsk qrupunun 2007-ci ildə təklif etdiyi “Madrid prinsiplər” yenidən gündəmə gəldi. Bu prinsiplərə görə ilkin mərhələdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam, Füzuli, Cəbrayıl , Zəngilan, Qubadlı rayonları və Laçın rayonun 13 kəndi Azərbaycana qaytarılmalı növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları azad edilməli idi. Dağlıq Qarabağın azərbaycanlı icması öz yerlərinə qayıtmalı,bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərcivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilməli idi. Lakin Paşınyan 2019-ci ildə Xankəndiyə etdiyi qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh prasesinə ağır zərbə vurdu.Bu hadisədən iki ay sonra Prezident İlham Əliyev “Valday “Beynalxalq Diskusiya klubunun ilk iclasında Ermənistan baş nazirinin məsuliyyətsiz sözlərinə münasibət bildirdi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi”.
Elə 44 günlük müharibədə Qarabağ haqqında ən gözəl əsəri Prezident İlham Əliyev yazdı. Həqiqətən ATƏT-in minsk qrupunun 28 illik faliyyəti münaqişəni həll etmədi. Onların həll etməli olduğu “Dağlıq Qarabağ” münaqişəsi “Dəmir yumruq”və Azərbayan orudusunun performansı sayəsində öz həllini tapdı. Bununla da Azərbaycan geosiyasi gerçəkliyin nədən ibarət olduğunu Ermənistana anlatdı. Qəlbini və gözünü Prezidentə, Baş Komandana yönəldən xalqın ümidi doğruldu. Ordumuzun əsgər və zabitləri bütün dünyaya ölkəmizin igidlər diyarı olduğunu bir daha sübut etdilər.Elə insanlar var ki,illər ötsə də onların əməlləri heç zaman unudulmur, zaman–zaman xatırlanır. Vətən uğrunda həyatlarından keçməklə əbədi yaşayan Polad Həşimov kimi tarix yazan qəhrəmanların fədakarlığı, rəşadəti heç vaxt yaddaşlardan silinməyəcək.
Asif Həsiyev,
Bakı şəhəri, Heydər Əliyev adına liseyin tarix müəllimi
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası