18 oktyabr 2022 14:43
984

Dövlətçilik tarixinin parlaq səhifəsi

Bəşər tarixinə nəzər salsaq görərik ki, tarixin ən qanlı faciələri ermənilərin bir başa iştirakı ilə baş vermişdir. XX əsrin ən böyük faciələrimizin səbəbkarlarıda məhz ermənilər olmuşdur. Taiximizin 1905-1906-cı illər, 1918-ci il mart, 1920-ci il aprel, 1930-cu illər, 1948-1953-cü illər, 1980-cı illər, 1990-cı il 20 yanvar, 1992-ci il 26 fevral hadisələri də məhz ermənilərin bir başa iştirakı ilə törədilmişdir

Bu azmış kimi tarixi torpaqlarımızda Sover Rusiyasının müdaxiləsi ilə yaradılmış Ermənistan adlı dövlət yarandığı gündən bizə qarşı ərazi iddiaları ilə çıxış etmişdir. 1920-ci illərdə Qafqaz Respublikalarında sovet hakimiyyəti qurulduqdan sonra bu niyyətləri daha da artmışdır. Bunun nəticəsidir ki, Azərbaycanın tarixi torpaqları 1920-ci illərdə, 1948-83-cü illərdə SSRİ-nin qərarı ilə Ermənistan SSR verilmişdir. 1969-cu ildə Azərbaycan SSR-də hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ermənilərin növbəti torpaq iddialarının qarşısını qətiyyətlə almışdır. Heydər Əliyevin Azərbaycan SSR-də və SSRİ-də hakimiyyətdə olduğu müddətcə niyyətlərinə nail ola bilməyən ermənilər hər vasitə ilə H.Əliyevi hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar. Çox təəssüf ki, SSRİ-də hakimiyyətə gələn Qarbaçovun əli ilə ermənilər H.Əliyevi SSRİ-də hakimiyyətdən uzaqlaşdırmağa nail oldular. Bu da ermənilərin Azərbaycana qarşı növbəti ərazi iddialarına şərait yaratmış oldu. Belə ki, Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçmişdilər. 1991-ci il sentyabrın 2-də DQMV qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edildi. Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Beləliklə bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. 1991-ci ildən başlayan işğallar, qırğınlar 1992-1993-cü illərdə daha da sürətlənmişdi. Çox təəssüf ki həmin dövrdə Azərbacanda hakimiyyət uğrunda mübarizə, hərci-məclik, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran dövlətimizi məhv olma təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu vəziyyət məhz bizə XVIII əsr xanlıqlar dövrünü xatırladırdı. Çox təəssüf ki həmin dövrdə belə çətin məqamda xanlıqlarımızı birləşdirmək mümkün olmadı və torpaqlarımızın parçalanması ilə nəticələndi.  Xanlıqlar dövründən fərqli olaraq belə çətin məqamdan xalqımız çıxış yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində görürdü. Və tarix xalqın öz fikrində yanılmadığını göstərmiş oldu.

1993-cü il 15 iyun Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldi. Belə çətin məqamda Heydər Əliyev xalqın, dövlətin varlığını qorumaq, ordunu yenidən qurmaq, iqtisadiyyatı bərpa etmək üçün ardıcıl planlı adımmlar atmağa başladı. Bu yolda ilk addım 1994-cü il 12 may ayında atəşkəs haqqında razılıq əldə edildi. Bu vaxtı artıq torpaqlarımızın 20%-dən çoxu işğal edilmiş, bir milyondan çox soydaşımız məcburi köçkünlük həyatı yaşamağa məhkum edilmişdir.

Ümummilli lider Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü beynəlxalq təşkillatlarda qaldırdı və bu münaqişənin tezliklə Azərbaycanın xeyrinə həll edilməsinə nail olmağa çalışırdı. Bunun nəticəsidir ki, dünyanın ən mühüm təşkillatlarından biri olan BMT Ermənistanın təcavüzünü pislədi, qeyri şərtsiz və dərhal Azərbaycan torpaqlarının boşaldılması haqqında 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Daha sonra 1994-cü il ATƏT Budapeşt və 1996-cı il Lissabon sammitində Ermənistanın təcavüzkar siyasəti pislənib, Qarabağın Azərbaycanın tərkib olması ilə birlikdə ərazi bütövlüyümüz dünya dövlətləri tərəfindən bir daha dəstəklənmişdir. Daha sonrakı illərdə Ümummilli lider münaqişənin dinc, sülh yolu ilə həllinə çalışsa da, lakin erməni terrorçu hakim dairələri danışıqlar prossesində konstruktivlikdən uzaq mövqey sərgiləyirdilər.

2003-cü il oktyabrında prezident seçkilərində qalib gələn Müzəffər Ali Baş Komandan İlham Əliyev,Ulu Öndərin dövlətçilik siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev xarici siyaətdə ilk addım kimi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışmışdır. Bunun nəticəsidir ki 2007 və 2009cu illərdə “Madrid prinsipləri” əsasında həll edilməsinə çalışsa da çox təəssüf ki, qarşı tərəfin nümayiş etdirdiyi mövqey baxımından həllini tapmamışdır. Bu azmış kimi Ermənistanın terrorçu hakim dairələri işğal edilmiş ərazilərimizdə qeyri qanuni ermənilərin yerləşdirmə siyasəti və hərbi təlimlər həyata keçirirdi.

2016-ci ildə ildə münaqişənin həlli ilə əlaqədar müzakirələr getdiyi bir vaxtda terrorçu erməni hakimiyyəti 2 apreldə hərbi təxribata əl atdı. Bunu baxmayaq Müzəffər Azərbaycan Ordusu qısa zaman kəsiyində öz gücünü nümayiş etdirərək düşmən təxribatının qarşısını layiqincə almışdır. Bir sıra strateji yükəklikləri ələ keçirmışdir. Ermənilərin növbəti hərbi təxribatı 2017-ci ildə həyata keçirilmişdir. Məhz bu təxribat iyun-iyul aylarında münaqişənin dinc yolla həll edilməsi ilə bağlı danışıqların getdiyi dövrə təsadüf edirdi.

Lakin Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində ardıcıl şəkildə nümayiş etdirdiyi səylər Ermənistan tərəfindən, ümumiyyətlə, qiymətləndirilmədi. Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə və işğalı genişləndirmək üçün fəaliyyətə başladı. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv siyasəti nəticəsində danışıqlar faktiki olaraq mənasız prosesə çevrildi və bu səbəbdən onun davam etdirilməsi mümkün olmadı.

2019-cu ildə Ermənistan Baş Naziri N.Paşinyan Xankəndinə qanunsuz səfəri zamanı “Qarabağ Ermənistanın bir hissəsidir” nöqtə deməklə bir daha erməni hakimiyyətinin işğalçılıq siyasətini nümayiş etdirmiş oldu. Buna cavab olaraq Azərbaycan Prezidenti “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında N.Paşinyanın bəyanatına belə cavab verdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

Ermənistan terrorçu hakim dairələrinin növbəti terror aktını Tovuz rayonu ərazisində törətdi. Bu dəfə düşmən təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, düşmən təxribatının qarşısını alarkən içərisində yüksək rütbəli zabitlər olmaqla bir neçə hərbiçimiz şəhid oldu. Düşmən növbəti təxribatı 2020-ci il avqustunda keçirməyi planlaşdırdısa da bu təxribatın qarşısı qətiyyətlə alındı və düşmənin diversiya qrupu zərərsizləşdirdi.

Nəhayət, terrorçu erməni hakimiyyətinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks hücum əməliyyatına başlamış oldu. Tarixə “44 günlük müharibə” kimi düşən bu müharibədə Azərbaycan Müzəffər Ordusu parlaq qələbə çaldı. Bu müharibədə hərbi əməliyyatlar “Dəmir Yumruq” adı altında həyata keçirilmişdir. Azərbaycan xalqı bu müharibədə Müzəffər Ali Baş Komandanın, Müzəffər Ordumuzun ətrafında sıx birləşməklə dünyaya xalqımızın birliyini göstərmişdir. Bu qələbə tariximizə qızıl hərflərlə yazılmış oldu. 2020-ci il 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının prezidentin birgə bəyanatı qəbul edildi. Ermənistan kapitulyasiya aktını imzalamış oldu. Bununla da 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bununla bağlı Müzəffər Ali Baş Komandan belə demişdir: “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır”. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla tarix yazdı. Beləliklə, bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad edildi. Zəngəzur dəhlizinin yaradılması tarixi zərurətə çevrildi.

Vətən müqəddəsdir. Onun bütövlüyü və azadlığı uğrunda mübarizə isə haqq işidir. Tariximiz azadlıq və istiqlal uğrunda çoxsaylı mübarizələrə şahidlik edib. Onlardan biri də Azərbaycan xalqı 44 günlük müharibə ilə dövlətçilik tarixinin ən parlaq və bənzərsiz qələbəsini qazanaraq ərazi bütövlüyünü və ədaləti bərpa etmişdir.

Elməddin Quliyev,
Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb liseyin  tarix müəllimi,
2015-ci il “İlin müəllimi” müsabiqəsinin qalibi,
“Tərrəqqi” medalı ilə təltif olunub