Bakı ilə Bişkekin qardaşlaşmış şəhərlər olması mədəni əlaqələrimizi daha da yaxınlaşdıracaq
Prezident İlham Əliyevin Qırğızıstanın dövlət başçısı Sadır Japarovun dəvəti ilə bu ölkəyə rəsmi səfəri çox zəngin oldu.
Qırğızıstan Prezidenti və qızğız xalqı cənab İlham Əliyevi çox səmimi qarşıladı. Onlar Prezident İlham Əliyevi dost, qardaş dövlətin başçısı, ən əziz qonaq kimi qəbul etdilər. Bu səmimi münasibət gözlənilən idi. Azərbaycan və qırğız xalqları ortaq dilə, mədəniyyətə, eyni kökə malikdir.
S.Japarovun müşayəti ilə Prezident İlham Əliyev Qırğızıstanın tarixi yerlərinə səfər etdi, qırğız xalqının folkloru, mədəniyyətini və adət ənənələri ilə tanış oldu. Qırğızların Azərbaycan xalqına böyük hörmətlə yanaşdıqlarını, bizim dəyərli, dahi insanlarımızın xatirəsini uca tutduqlarını gördük. Qırğızıstanın paytaxtı Bişkek şəhərində ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi, ulu nöndər Heydər Əliyevin, digər məktəb isə xalqımızın böyük şairi Nizami Gəncəvinin adını daşıyacaq.
Qırğızıstan-Azərbaycan dostluq parkının, Bakı ilə Bişkekin qardaşlaşmış şəhərlər olması mədəni əlaqələrimizi daha da yaxınlaşdıracaq. Prezident İlham Əliyev türkdilli dövlətlərlə çoxtərəfli və ikitərəfli formatda siyasi-iqtisadi əlaqələrin inkişafına böyük töhfə verir. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar iqtisadi əlaqələrin inkişafına xidmət edəcək. Bu Fond investisiyaların cəlb edilməsi və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi işinə böyük töhfə verəcək.
İl yarım öncə iki dövlət arasında imzalanmış “Strateji əməkdaşlıq haqqında” Bəyannamə münasibətlərimizi yüksək səviyyəyə çatdırıb. Azərbaycanın ilk peyki – “Azersky” və “Azərspace-1” qırğız vətəndaşlarına da xidmət edir. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində hər iki dövlət bir birini dəstəkləyir.
Cənab İlham Əliyev səfəri zamanı Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında da çıxış etdi. Bu ölkələr türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi işinə böyük töhfə verir. İki dövlət arasında Hökumətlərarası Komissiyasının ilk iclası Bakıda təşkil olunub. Gələn il isə Bişkekdə keçirilməsi nəzərdə tutulub. Dövlətlərarası Şura, Hökumətlərarası Komissiya Azərbaycan və Qırğızıstan dövlətlərinin iqtisadi və siyasi əlaqələrin daha da yüksək səviyyəyə qaldırılmasına böyük təkan verəcək. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı həmçinin Azərbaycan və Qırğızıstan dövlətləri arasında bir çox sahələri əhatə edən sənədlər də imzalanıb.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı,
BDU-nun kafedra müdiri, professor
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası