18 oktyabr 2022 13:54
482

Azərbaycan  ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib

Cari ilin oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirmək olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı AQEM-in çağırılması barədə təşəbbüsün 30-cu ildönümünə həsr edilib və Qazaxıstanın sədrliyi ilə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də tədbirdə iştirak edib. Plenar iclasın gündəliyi qəbul edildikdən sonra Küveytə AQEM-ə üzv dövlət statusu verildi. Beləliklə, Küveyt AQEM-in 28-ci üzv dövləti oldu. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşuldu. Əvvəlcə AQEM-in sədri olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək 5-ci Zirvə Toplantısından ötən dövrdə görülən işlər barədə məlumat verdi.

Möhtərəm Prezident cənab İlham Əliyev plenar iclasda çıxış edərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına (AQEM) dəvətinə və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Prezident Tokayevin Azərbaycana son uğurlu rəsmi səfəri zamanı ikitərəfli gündəliyin cari məsələləri ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğuladı. Cənab Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəklədiyini qeyd etdi.

Möhtərəm Prezident cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Qələbədən də söz açıb. Cənab Prezident diqqətə çatdırdı ki,  iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad edərək  30 il davam edən Qarabağ münaqişəsinə son qoydu.Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin edərək ədaləti bərpa etdi.

Cənab Prezident İlham Əliyev işğalçı Ermənistan tərəfindən 30 il müddətində şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilməsini, hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunuğunu vurğuladı.

Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir və  üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağa çalışır.Sonuncu dəfə bu ilin sentyabr ayında Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Cənab Prezident İlham Əliyev Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələr nəticəsində  ölkəmizin ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini və 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzitin  təxminən 65 faiz artığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

İclasda sonra digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər və AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi planları müzakirə olundu. Növbəti iki ildə - 2022-2024-cü illərdə də AQEM-ə Qazaxıstan sədrlik edəcəyəyi,  Astana bəyannaməsi və digər sənədlər qəbul edildi.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri