18 oktyabr 2022 12:59
525

Fransa klubunda baş məşqçi istefası

Fransa Liqa 1-də çıxış edən "Monpelye" baş məşqçisi Olivye Dallolyo ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə istefaya göndərilib. 

Qeyd edək ki, Dallolyo 2021-ci ilin iyun ayından “Monpelye”ni çalışdırırdı. “Monpelye” bu mövsüm onun baş məşqçiliyi altında 11 oyuna cəmi 4 qələbə qazanıb, 7 məğlubiyyətlə üzləşib. Komanda hazırda turnir cədvəlində 12 xalla 11-cidir.