"Beşiktaş"ın heyətində ciddi itki baş verib.
"İki sahil" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Raşid Gezzal sıradan çıxıb.
30 yaşlı futbolçu Türkiyə Superliqasının 10-cu turunun "Trabzonspor"la matçının 45-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Əlcəzairli vingerin ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.
Qeyd edək ki, Raşid Gezzal 2020-ci ilin yayından "Beşiktaş2da çıxış edir.