Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi ölkəmizdə siyasi varisliyin təmin edilməsinə, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi maddələrlə təsbit olunmuş hüquqi-demokratik dövlətçilik xəttinin uğurla davam etdirilməsinə təminat vermişdir. İlham Əliyevin Azərbaycanda 2003-cü ilin prezident seçkilərinə qədər keçdiyi çətin və şərəfli yol onun bu mühüm və məsuliyyətli vəzifəyə seçilməsini təmin edən mühüm amillər olmuşdur. Keçdiyi məsuliyyətli yolun, yaşadığı ictimai-siyasi proseslərin çoxşaxəliliyinə görə dünya ölkələrinin rəhbərləri arasında İlham Əliyevlə müqayisə ediləcək liderlər göstərmək çətindir. Bunlara görə 15 oktyabr 2003-cü il prezident seçkilərində Azərbaycan xalqı çətin sınaqlardan uğurla çıxaraq ümumxalq inamı qazanmış Heydər Əliyev yolunda və müasir tarixi epoxada yeni təfəkkürə malik liderlik qabiliyyətləri ilə cəmiyyətin önündə gedən, Avropada və Müstəqil Dövlətlər Birliyi ölkələrində kifayət qədər yaxşı tanınan, fərqli siyasətçi kimi diqqəti cəlb edən İlham Əliyevə səs vermişdir. İlham Əliyev Azərbaycan dövlətçiliyində postneft dövrü inkişaf modelinin yaradıcısıdır. İlham Əliyev böyük bacarıqla Ulu Öndər Heydər Əliyevin imzaladığı "Əsrin müqaviləsi”nin müddəalarını tam yerinə yetirməklə Azərbaycanın neft sərvətlərinin xalqımıza xeyir və uğur gətirməsinə tam nail olmuşdur. Bakı-Tbilisi-Ceyhan (Ərzurum) neft-qaz kəməri görkəmli dövlət xadimi Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin tamamladığı, başa çatdırdığı beynəlxalq layihədir. Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya son 15 ildə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması, üç süni peykin orbitə buraxılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Bunlar Azərbaycan Respublikasının inkişafının arteriyasıdır. Bununla belə, İlham Əliyevin uzaqgörənliyi sayəsində postneft dövrünün reallıqları ölkədə aqrar sektorun, turizm şəbəkəsinin, nəqliyyat faktorunun inkişaf etdirilməsi siyasətini meydana qoymuşdur. Prezident İlham Əliyevin dövlətçilik siyasətində mədəniyyətlərarası dialoq və dinlərarası harmoniya məsələləri də mühüm yer tutur. Daha doğrusu, Prezident İlham Əliyev cəmiyyətin siyasi-mənəvi bütövlüyünə və inkişafına nail olmaq üçün mədəniyyətlərarası dialoq və dinlərarası harmoniya faktorundan məqsədyönlü şəkildə istifadə etməyin özünəməxsus modelini formalaşdırmışdır. Bu düşünülmüş siyasət ölkəmizdə uğurla həyata keçirilir, özünün real bəhrələrini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın inkişaf etmiş dövlətlərinin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi olması faktı da real gerçəklikdir.Prezident İlham Əliyev Azərbaycan Respublikasının timsalında bir dövlətin mükəmməl bir rəhbəri olmaqla bərabər, əlli milyonluq xalqın qüdrətli lideridir.
Səba Rzayeva,
YAP-ın gənc fəalı
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir
Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın Çoxtərəfli Diplomatiya Strategiyası