15 oktyabr 2022 12:49
741

Azərbaycanın tarixinə Zəfər səhifəsi yazmış Prezidentə xalqın etibarı və sevgisi sonsuzdur

2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. İlham Əliyevin düşünülmüş, əsaslandırılmış siyasəti nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atır.

2005-ci ildən öz neftini Avropaya çatdıran Azərbaycan indi Xəzərdən hasil edilən mavi qazı dünya bazarlarına çıxarır. Məhz respublikamzın təşəbbüsü və maliyyəsi ilə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib. Hazırda bu dəmir yolu tranzit şəbəkələrinin genişləndirilməsi ilə bağlı beynəlxalq razılaşmaların prioritet infrastrukturudur. Ümumiyyətlə isə son illərdə yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi nəticəsində Azərbaycan həm Qərb-Şərq, həm Şimal-Cənub istiqamətlərində regionun ən aparıcı tranzit qovşağına çevirilib. Bu gün Çindən Avropaya və əks istiqamətə yüklərin daşınmasının ən sürətli və ən etibarlı yolu məhz Azərbaycandan keçir.İlham Əliyevin inkişaf siyasətinin nəticəsi kimi Azərbaycan həm də kosmik klubun üzvüdür. Son illərdə fəzaya göndərilən üç peykimiz ölkəmizin inkişafına, maliyyə gəlirlərinin artmasına mühüm töhfələr verir.Siyasi sahəyə gəldikdə, bir neçə il əvvəl respublikamızın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi müstəqillik tariximizin ən böyük hadisələrindən biri oldu. Müstəqilliyinin bərpasının cəmi 20-ci illiyində Azərbaycan əksər ölkələrin nail olmadığı bu siyasi uğura imza atdı. İki il müddətində ölkəmiz beynəlxalq gündəmin müəyyən edilməsində əsas rol oynadı, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına layiqli töhfələr verdi.Respublikamızın başqa bir beynəlxalq uğuru Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir. Artıq neçə illərdir dünya ictimaiyyətini düşündürən siyasi, humanitar və digər məsələlər Bakıda müzakirə olunur. "Bakı prosesi” bütün dünyanın maraqla izlədiyi beynəlxalq platformadır. Hətta ABŞ-Rusiya və NATO-Rusiya hərbi məsləhətləşmələri neçə ildir Bakıda keçirilir.Azərbaycanı tarixin ən güclü dövlətinə çevirən səbəblər isə müstəqil siyasətin təzahürləri kimi çıxış edən faktorlardır. Müstəqillik yalnız müstəqil dövlətə sahib olmaq deyil. Müstəqilllik həm də dövlətin yürütdüyü siyasətdə, onun beynəlxalq münasibətlərdə sərbəst olması deməkdir.Bütün dövlətlər dünya birliyinin fəal subyekti olmaq istəyir, milli maraqlarına cavab verən siyasət həyata keçirməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, hər dövlət qlobal nüfuza imkan verən bu cür keyfiyyətlərə nail ola bilmir. Çox uzağa getmədən, elə Ermənistanın timsalında bunu görmək mümkündür. İllər öncədən bu ölkədə iqtisadiyyat kənar dövlətlərdən asılı vəziyyətə salınıb. Bölgədəki təcavüzkarlıq siyasəti səbəbindən həm də siyasi sferada, o cümlədən xarici siyasətdə kənar diktələri qəbul etməyə məcbur olub. İşğalçılıq siyasəti, qonşulara qarşı sərsəm ərazi iddialarından əl çəkə bilməməsi səbəbindən həmişə vassal kimi qalmağı qəbul edib.Azərbaycan isə tamamilə fərqli siyasi və iqtisadi reallıqlar şəraitində inkişaf edir. Prezident İlham Əliyev tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür. Elə bir beynəlxalq müzakirə mövzusu yoxdur ki, Azərbaycan atdığı addımı hansısa dövlətin siyasi və ya iqtisadi maraqlarına uyğunlaşdırsın. Respublikamız bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir. Milli maraqları təmin edən siyasət yürütməsi müstəqilliyinin 30-cu ilini yaşayan respublikamızı beynəlxalq nüfuz baxımından xarakterizə edən əsas keyfiyyətlərdən biridir.Eyni zamanda Azərbaycanın öz torpaqları uğrunda inamla savaşa başlaması da müstəqil siyasətin təzahürüdür. İlham Əliyevin sürətlə inkişaf etdirdiyi, möhkəmləndirdiyi respublikamızın uğurlu hərbi əməliyyatları da güclü dövlətin ortaya qoyduğu reallıq idi. Prezidentİlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etdi. Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Beləliklə, həm tarixinin ən güclü dövlətinə çevrilməsi, həm də tam müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən əsas amillər oldu.Beləliklə, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı