14 oktyabr 2022 12:37
870

Zəfər salnaməsini yazan Lider

Yaşadığımız bu tarixi dönəmdə Azərbaycanın  müstəqil dövlət kimi mövcudluğunda, nəinki Cənubi Qafqazda ,hətta bütün dünyada öz sözünü deyən qüdrətli bir dövlət kimi tanınmasında Prezident, Ali Baş komandan İlham Əliyev səxsiyyətinin rolu danılmazdır. Xüsusi ilə 44-günlük Vətən müharibəsinin Zəfərlə başa çatması,daxili və xarici siyasətdə həyata keçirilən böyük və əhatəli proqramlar Azərbaycanın artıq Cənubi Qafqazda lider bir ölkə olduğunu sübut etdi.Bütün bu uğurlara İlham Əliyev şəxsiyyətinin dühası ,ağlı, zəkası,mərdliyi,müdrikliyi və cəsarəti sayəsində nail olunmuşdur. Bəli,müasir dövrün yeni siyasi lider obrazı dedikdə gözümün önünə ilk öncə İlham Əliyev şəxsiyyəti gəlir. Prezident İlam Əliyev cənabları əsil liderə xas olan bütün xüsusiyyətləri öz mənəvi və siyası simasında təcəssüm etdirmişdiir.O, vətənpərvər və qurucu liderdir. Lider sözünün mənası aparıcı,irəlidə gedən deməkdir.Cəmiyyətdə hamının aparıcılığının qəbul etdiyi nüfuzlu şəxs deməkdir.İnsanlar bu şəxsə ən məsul qərarlar qəbul etməyə səlahiyyət verir, o kollektivin daxili təşkilində və fəaliyyətində əsas rol oynayır. Liderlər başqalarının etmək istəmədiyi işləri onlara etdirmə qabiliyyətinə sahib olan adamlardır. Təbiətən lider doğulan ulu öndər Heydər Əliyev siyasi kursunun inkişaf etdirib,daha da genişləndirən İlham Əliyev ona irsən keçən liderlik keyfiyyətlərini müasir dövrün reallıqların çərçivəsində mükəmməlliyin zirvəsinə yüksəldərək,doğrudan da yeni siyasi lider obrazını yaratmışdır.  Bəli,əsil bir lider kimi o öz güçünə və xalqın inamına arxalanaraq qarşıya qoyulmuş məqsədlərə necə nail olacağını , çətinlikləri necə aradan qaldırılacağını ,özünün dediyi kimi nəyi necə və nə vaxt yerinə yetirmək lazım olduğunu bilir. O, öz fəaliyyətində müstəqil, çevik və qətiyyətlidir. Yüksək texnologiyaların sürətlə inkişaf etdiyi qolaballaşan dünyamızda böyük lider olmaq,hər hansı dövlətə rəhbərlik etmək,sosiallaşmaqda olan cəmiyyətləri idarə etmək olduqca çətin və çətin olduğu qədər  də liderdən mükəmməl erudisiya qabiliyyəti,uzaqgörənlik,zəngin istedad bilik və bacarıq tələb edir.Azərbaycan respublikası prezidenti,Silahlı Qüvvələri Ali Baş komandanı cənab İlham Əliyevin müasir dünyada,dövlətlərarası münasibətlər sistemində apardığı mərd,müdrik və cəsarətli siyasət, sülhün, əmin-amanlığın yaradılmasında mühüm rol oynayır.Belə ki,ölkə başçısının “Qoşulmama hərəkatının” uzv olan dövlətlərin zirvə toplantısında rəhbərlik etdiyi dövürdə sosial-iqtisadı imkanlarına görə zəif inkişaf etmiş dövlətlərə dəstək göstərilməsi ilə əlaqədar apardığı məqsədyönlü siyasət ölkəmizin beynəlxalq aləmdə nüfuzuna müsbət təsir göstərmişdir. ”COVİD-19” –la əlaqədar cənab İlham Əliyevin BMT-nin Baş Assambileyasının zırvə toplantısında çıxış edərkən dövlərlər arasında ikili standartlara yol verildiyini bildirdi.Onun bu cəsarətli çıxışı sosial ədalətin ,sosial bərabərliyin pozulması barəsində konkret olaraq tələblər qoyması,”Qoşulmama hərəkatının” üzv ölkələrinin böyük etimadınıqazandırdı. Pandemiyaya qarşı vaksinin dövlətlər arasında  bərabər bölüşdürülməsi haqqında tələbi onun dünyada müasir lider obrazını bir daha sübut etdi.

“Zəfər” salnaməsini yazan müzəffər sərkərdəmiz “Qarabağ Azərbaycandır!!!” deyərək, Vətənimizin ən dilbər guşələrindən biri olan Qarabağa uzanmış , onu Azərbaycandan qoparmağa çalışan, 30 il müddətində kədlərimizi,şəhərlərimizi talan edib,viranə qoyan murdar erməni caynağını oz “Dəmir yumruğu” ilə vurub darmadağın etdi. Düşmənlərimiz və onların havadarları hələ də bu qələbəni ,bu zəfəri həzm edə bilmirlər...

Vətən müharibəsində əldə olunmuş uğurlarda döyüş əməliyyatları ilə yanaşı Ali Baş Komandan cənab İlham Əliyevin apardığı diplomatik siyasət   önəmli rol oynamışdı. Belə ki,müharibənin ilk günlərində BMT-nin Təhlükəsizlik şurasında Azərbaycan əlehinə Qərarın qəbul edilməsi müzakirəyə qoyulmuşdu.Lakin “Qoşulmama hərəkatının” üzv dövlətləri burada öz etirazlarını bildirdilər və nəticədə həm də diplomatiya sahəsində uğur əldə edildi. Bu da cənab Prezidentimizin zamanında apardığı müdrik və mərd siyasətinin nəticəsi idi. 44 günlük müharibədə  “ Dəmir Yumruğ”un sayəsində qazanılmış zəfər həm regeonda, həm beynəlxalq aləmdə aparılan siyasətin yönümünü tamamilə dəyişdi.Aparılan düzgün siyasət  bu gün Qarabağ və Zəngəzuru nəinki Azərbaycan ,beynəlxalq aləm üçün  əhəmiyyətli bir bölgəyə çevirmiş,Cənubi Qafqazda sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olmasına yönəlmişdir. Dövlət başçılarının sonuncu Praqa görüşləri İlham Əliyev şəxsiyyətinin,dühasının ,qətiyyətinin böyüklüyünü bir daha sübut etdi. Bax müasir dünyanın müasir lideri olmaqla ,liderliyin əsas obrazını yaratdı: Müdriklik, mərdlik və cəsarətlilik. Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə dünyada və ölkədə baş verən bütün dəyişikliklərə vaxtında reaksiya verərək, istənilən vəziyyətdə davranış nümayiş etdirir və çıxış yolu tapır.Onun  rəhbərliyi ilə regionda həyata keçirilən nəhəng enerji layihələri bu gün Azərbaycanı Avropanın enerji təhlükəsizliyi üçün  əvəzolunmaz subyektə çevirmişdir. Ölkədə güclü iqtisadiyyatın yaradılması  ,dövlət başçısından hər tərəfli bacarıq tələb edir.Aparılan  ağılllı iqtisadı siyasət öz növbəsində regionda və dünyada qarşılıqlı,siyasi- diplomatik əlaqələrin genişləndirilməsinin əsasını yaradır.Ölkəmiz dünyanın elə bir geocoğrafi ,geosiyasi  mövqeyində yerləşir ki, Asiya və Avropa arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi və qədim İpək yolunun bərpasını təmin edir.Bakı-Tiblisi –Ceyhan  neft kəməri ,Bak-Tibilisi-Ərzurum qaz kəməri,Bakı-Tiblisi-Qars Beynəlxalq dəmir yolu ölkəmizin Mərkəzi Asiyaya qədər gedən beynəlxalq ticarət yoluna bağlayır.Vaxtı ilə Bakı-Tiblisi-Qars beynəlxalq dəmir yolunun çəkilişinə maneçilik törədən Avropa dövlətləri bu gün  nəqliyyat komnukasiya xəttindən istifadə etmək üçün dövlətimizin başçısına xahişlə müraciət edirlər.Bu zamanında görülmüş tədbir cənab İlham Əliyevin həm siyasi-iqtisadı sahədə uzaqgörənliyini göstərdi.

Artıq Azərbaycan  beynəlxalq aləmdə ölkələr üçün etibarlı tərəfdaş kimi tanınmışdır. Bu da liderliyin bir töhfəsidir...

 Ölkə başçımızın  bir lider kimi şəxsi nümunəsi əsasında hər bir azərbaycan vətəndaşında milli həmrəylik, milli təssübkeşlik, milli ləyaqət və tolerantlıq  hisslərinin özünü təcəssüm etdirir. Xalqımız həmişə prezidentimizlə birgədir və onun siyasətini dəstəkləyir.Çünki prezidentimiz öz fəaliyyəti çərçivəsində xalqı bir an unutmur,onun rifahı,firavan gələcəyi üçün çalışır.Bir lider kimi bütün sosial sahələri xüsusilə təhsili diqqət mərkəzində saxlayır.Yeni azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işləri həyata keçirilir.

O,hələ illər öncə Azərbaycan xalqının gələcəyini  təkcə neft gəlirlərində və təbii resurslardan asılı olmadığını olmadığını deyirdi.Dövlətin və xalqın gələcək rifahını etibarlı təmin etmək üçün yüksək elm və təhsilə yiyələnməyin ən vacib olduğunu deyərək “neft kapitalını intelektual kapitala çevirək” devizi ilə kreativ gənclik yetişdirmək, hərtərəfli inkişaf etmiş insan kapitalının formalaşdırılması təhsilin qarşısına strateji vəzifə kimi qoyulmuşdur.

 Əsil lider kimi, bu günlərdə ölkədə və beynəlxalq aləmdə mövcud olan gərgin vəziyyətə, baxmayaraq hər bir vətəndaşın ölkənin inkişafina göstərdiyi xidməti diqqət mərkəzində saxlayır,onların əməyi zəhməti onun tərəfindən qiymətləndirilir.Belə vətəndaşlardan biri də mənəm beləki təhsil sahəsində göstərdiyim xidmətlərə görə bir qrup təhsil işçiləri  ilə bərabər İlham Əliyevin imzaladığı sərəncamla “Əməkdar müəllim” fəxri adına layıq görülmüşəm.

 Biz təhsil işçilərinə göstərdiyi bu diqqət və qayğıya görə bir lider, qayğıkeş dövlət başçısı kimi Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirib, ona fəaliyyətində uğurlar arzulayıram!

Gülgəz Ağayeva, 
Bakı şəhər, Xətai rayonu, Humanitar fənlər təmayüllü Məktəb-liseyin riyaziyyat müəllimi