13 oktyabr 2022 16:36
897

Tarixi Qələbəmizin sirri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, 44 günlük zəfər müharibəmizdə düşmən işğalından azad olunan torpaqlarımıza səfərləri, xalqımızda həmişə sevinc və duyğu dolu anlar yaşadır. 2020-ci il, noyabrın 16-sı cənab Prezidentin Füzuli səfəri də bu sevinc dolu xatirələrimizdən biridir. Prezidentin Füzulidəki ilk çıxışına nəzər yetirsək, cənab İlham Əliyevin “Füzuli-Şuşa” avtomobil yolunun əsasının qoyulması xəbərinin xalqla bölüşdüyünün şahidi olarıq. Yeni yolun inşası Ümumilli lider Heydər Əiiyev tərəfindən əsası qoyulmuş və bu gün də bu siyasətin uğurlu davamçısı Müzəffər Ali Baş Komandanın yaratdığı siyasi məktəbin təcəssümüdür. Məhz bu məktəb sayəsində yeni gənclik vətənpərlik ruhunda böyüdü, tarix kitablarından oxuduğu, filmlərdə gördüyü doğma Qarabağımızı düşməndən azad etdi və bu gün də işğaldan qurtulmuş şəhərlərimizdə, yenidənqurma işlərində fəal iştirak edir. Cənab Prezidentin çıxışında da bildirilir ki, bu yol azad olunuş torpaqlarımızdakı birinci layihədir. Prezident İlham Əliyevin Füzulidə səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.

Müzəffər Ali Baş Komandanın işğaldan azad etdiyi ərazilərə getməsinin çox böyük strateji mənası var. Yada salaq, Cocuq Mərcanlı da işğaldan azad edilərkən Prezident ora səfər edib demişdir ki, bunun çox böyük rəmzi mənası var. Bildirmişdi ki, bu gün Cocuq Mərcanlı azaddırsa, sabah biz başqa ərazilərimizi də azad edəcəyik. Doğrudan da belə oldu. Cənab Prezidentin bu səfərində diqqəti cəlb edən məqamlardan biri Xudafərin körpüsünü ziyarət etməsi oldu. Bunun da tarixi əhəmiyyəti var. Çünki 30 ilə yaxındır ki, tariximizin ən böyük parçası sayılan Xudafərin körpüsü işğal altındaydı. Həmin səfərdə Prezident bütün dünyanı ermənilərin həmin ərazilərdə hansı hərbi cinayətlərə imza atdıqlarını əyani nümayiş etdirdi.

Diqqətdən yayınmayan bir nüans da odur ki, ölkə başçısı özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdiyi ilə bağlı fikirlər səsləndirdi. Diqqət etsəniz, cənab Prezident özü də göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Lakin şübhəsiz, işğaldan azad edilən torpaqlarımız yenidən bərpa ediləcək, vətəndaşlarımız öz yurd-yuvalarına qaytarılacaqdır.

Bu səfər həm də onu göstərdi ki, xalq öz Prezidentini necə sevgi ilə qarşılayır. Bu gün xalqın qəlbində öz Prezidentinə böyük bir sevgi var. Diqqət etsəniz, Füzulidə insanlar qalib bir Prezidenti qarşıladı. Məhz bu idi bizim qələbəmizin sirri. Xalqın Ordusuna, onun Ali Baş Komandanına inamı.

Naib İsgəndərov,
SOCAR Neftqaztikinti tresti, İstehsalat şöbəsinin mühəndisi
İnşaat mühəndisliyi ixtisası üzrə fəlsəfə doktorantı